Yol polisi Qobustandakı qəza ilə bağlı açıqlama yaydı - FOTOLAR /VİDEO

  • By admin
  • 03 Yanvar 2023 10:26

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.

İdarədən bildirilib ki, bu gün Bakı-Qazax yolunun 55-ci km-də yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.

Hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir.

Qəzada “Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Nəticədə yanacaqdaşıyan “Mercedes” markalı avtomobilin sürücüsü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info