
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib.
Gununsesi.info-nun məlumatına görə, ölkə ərazisində yağmurlu hava şəraitinin yollarda qəza riskini artırdığı bildirilib.
Vurğulanıb ki, BDYPİ dumanlı, çiskinli havalarda görmə məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını da nəzərə alaraq, bir daha sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmağı, ətrafdakı insanları nəzərə almağı xahiş edir.