Yol qəzalarında 5 nəfər öldü

  • By admin
  • 13 İyun 2022 11:30

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, iyunun 11-12-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Gununsesi.info