Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlilov bu il Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alanların 3 faiz artdığını bildirib.
Gununsesi.info xəbər verir ki, nazirlik rəsmisinin sözlərinə görə, 2017-ci il ərzində stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmə 2590 nəfərə xidmət göstərib.
M.Cəlilov sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayının ötən illə müqayisədə 4 dəfə artdığını deyib. Belə ki, 2016-cı ildə 9, 2017-ci ildə 36 belə cərrahiyyə əməliyyatı aparılıb.
Baş həkimin sözlərinə görə, bu il ərzində kritik vəziyyətdə olan 92 hamilə və zahıya 183 dəfə çağırış edilib.
Gununsesi.info