Yol qəzası 3 nəfərin xəsarət almasına səbəb oldu

  • By admin
  • 15 Avqust 2016 10:33

qeza

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.
“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan divara çırpılması nəticəsində 3 nəfər, Əlibəyli kənd sakini 1953-cü il təvəllüdlü Nazxanım Mehralıyeva, Hacallı kənd sakinləri 1966-cı il təvəllüdlü Sehran Tağıyeva və 1967-ci il təvəllüdlü Tamam Quliyeva müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Gununsesi.info