
Aprelin 13-də Goranboyda baş verən yol qəzasında həlak olmuş şəxsin meyiti dörd gündür ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsində saxlanılır.
Gununsesi.info xəbər verir ki, Teleqraf sözügedən yol qəzasında orta yaşlı piyadanın həlak olması barədə məlumat vermişdi.
Xatıladaq ki, hadisə zamanı mərhumun üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd olmayıb.
Hadisə Goran-Mingəçevir avtomobil yolunda qeydə alınıb. “Ford” markalı yük maşını orta yaşlı kişini vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam edir.