Yol vermək üstündə sürücülər bir-birini baltaladılar

  • By admin
  • 10 Yanvar 2023 09:18

Mingəçevirdə yol vermək üstündə sürücülər arasında dava olub, biri baltalanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti “Köhnə Toxuculuq kombinatı” adlanan yerin qarşısında baş verib.

Belə ki, “Xəzər” markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Məmmədov Faiq Şikar oğlu yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı “Mercedes-Benz” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Paşayev Elvin Camaləddin oğluna baş nahiyəsindən qəsdən balta ilə vurub “açıq kəllə beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı” xəsarətini yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb.

Gununsesi.info