Bəlli olduğu kimi, Azərbaycan hökumət iqtisadi islahatlar üçün yeni Yol Xəritəsi hazırlayır. Məşhur «McKinsey» konsultasiya şirkəti ilə balanan müqaviləyəəsasən, Yol Xəritəsi 2025-ci ilədək və ondan sonrakı dövrüəhatə edəcək.
Strateji yol xəritəsi 2025-ci ilə qədər və sonrakı illərdəəldə olunacaq ümumi hədəfləri müəyyən edir. Strateji yol xəritəsi çərçivəsində bir il üçün ətraflı yol xəritəsi, iqtisadi inkişaf strategiyası və 2016-2020-ci illər üçün Tədbirlər Planı, 2025-ci il üçün uzunmüddətli proqnoz və 2025-ci ildən sonrakı dövr üçün məqsədli proqnoz hazırlanıb.
Lakin bəzi analitiklər hesab edir ki, əsas məsələlərdən biri siyasi sistemdə islahatların aparılmasıdır, əks təqdirdə məmur-olqarx idarəçiliyi islahatların aparılmasınaimkan verməyəcək.
Gununsesi.info İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevə istinadən xəbər verir ki, xəritənin nə dərəcədə keyfiyyətli hazırlanmasını, ölkənin prioritetlərini nə dərəcədə əks etdirməsini sənədlər açıqlandıqdan sonra müzakirə etməyə imkan olacaq.
İqtisadçı bir vacib məqama toxunur: “Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi, böhrandan çıxara biləcək istinad nöqtəsi bölgəsəl (əyalət) inkişafı olmalıdır. Əgər yol xəritəsində regional inkişafa fundamental olaraq yeni yanaşma yoxdursa, uğur qazanmaq imkansızdır.
İndiyə qədər Azərbaycan hökumətinin bölgə inkişafı strategiyası olmayıb, adına regional inkişaf proqramı deyilən sənədlər dünya təcrübəsində proqram adlandrılan sənədlərin elementar tələblərinə cavab verməyib. Bu proqramların heç birinin ölçülə bilən strateji hədəfləri, perfomans göstəriciləri olmayıb, yerli idaretmə mexanizmlərinin yeni çağrışlara uyğunlaşdırılması,ümumiyyətlə, nəzərdə tutulmayıb”.
R.Ağayevin fikrincə, indiyədək normal bir regional statistika formalaşmayıb: “Statistikadaçox gərəkli olan bir sıra məlumatlar yer almayıb. Bunlardan biri rayonlar üzrəşəbəkə vasitəsilə içməli su və kanalizasiya xidmətləri alan əhali neçəfaizdir təşkil edir. Daha sonra internetə, xüsusilə genişzolaqlı intenetəçıxışı olan ev təsərrüfatlarının, rayonlar üzrə kənd təsərrüfatında, sənayedə, büdcə sferasında və xidmət sektorunda çalışanların nisbəti yoxdur. Bu məlumatların hamısı dövlət sirri kimi qorunur. Belə qapalılıq şəraitdə Yol Xəritəsi nəyi dəyişəcək?”
İqtisadçı qeyd edir ki, hökumətin bölgə inkişaf planı olacaqsa, bölgələrarası kəskin fərqi aradan qaldırmağı hədəfə almalıdır: “Ən son statistikaya görə, ölkədə istehsal olunan ÜDM-nin təxminən 20%-i, dövlət büdcəsi gəlirlərinin 4%-i, ixracın ən yaxşı halda 2-3%-i əyalətlərin payına düşür.
Bu paytaxtla bölgələr arasında fərqdir. Bölgələrin öz arasında da kəskin fərqlər var. Məsələn, adambaşına ümumi məhsul buraxılışının həcmi ən yüksək olan bölgə iləən az olan bölgə arasında fərq 6 dəfədir. Son 3 ilin nəticəsinə görə ortalama adambaşına invesitistisiya qoyuluşlarının həcmi ən yüksək olan bölgə iləən az olan bölgə arasında fərq 10 dəfədir. Yerli büdcə gəlirlərinin adambaşına həcmi ən yüksək olan bölgə iləən az olan bölgə arasında fərq 12 dəfədir.
Yol Xəritəsi bu problemləri aradan qaldırmağı hədəfləyirmi?”
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info