Yollar əvəzinə çay: Avropanın daha bir ölkəsi təbii fəlakətin əsarətində – VİDEO

Belçikada əlverişsiz hava şəraiti ilə əlaqədar iki nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə RTBF məlumat yayıb.

Qurbanların sayının arta biləcəyi istisna olunmur.

Qeyd edək ki, artıq bir neçə gündür ölkə ərazisində davam edən leysan yağışlar Lyej əyalətində daşqınlara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, küçələr bir anın içində sel sularına qərq olub, evlərə ciddi zərər dəyib.

Əyalətdə “qırmızı” təhlükə səviyyəsi elan olunub.