Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Litvada bir qrup gənc qəribə etiraz üsuluna əl atıb. Onlar alt paltarında yollarda uzanıblar…
Belə ki, gənclər ölkələrindəki pis vəziyyətdə olan yollara diqqət çəkərək onların təmir edilməsinə nail olmaq üçün qəribə, bir o qədər də gülməli fotoşəkillər çəkdirərək sosial şəbəkələrdə yayımlayıblar.
Özlərini “Z999” adlı qrup kimi tanıdan gənclər bununla Litvada yağışdan sonra yollarda yaranan problemləri və şəhər bələdiyyələrinin buna qarşı laqeyd qalmasını qabartmağa çalışıblar. Onlar bu şəkildə etiraz edərək yolların təmir edilməsini tələb edir.
Gununsesi.info