“Yolu azaraq Azərbaycan ərazisinə keçən erməni geri qaytarılıb” - MÜDAFİƏ NAZİRLİYİ

  • By admin
  • 13 Yanvar 2022 21:05

Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

Bu barədə Gununsesi.info Müdafiə Nazirliyinə istinadən xəbər verir.

S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.

 

 

Gununsesi.info