Yolu keçən piyadanı maşın vurub öldürüb

  • By admin
  • 09 Noyabr 2017 12:12

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 8-də saat 23 radələrində Suraxanı rayonunun Babək prospektində Bakı şəhər sakini Telman Əsgərov idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nadir Sadıqovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Gununsesi.info