Yolu keçmək istəyərkən vuruldu, vəziyyəti ağırdır

  • By admin
  • 02 Yanvar 2020 22:22

Siyəzən rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, rayon ərazisində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Hacıyeva Təranə Ağarəhim qızını vurub.

Yaralı komatoz vəziyyətdə Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. Ona qapalı kəllə-beyin travması, müştərəl travma diaqnozu qoyulub.

Xəsarət alan şəxsin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə Siyəzən polisi gəlib. Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org