Yolu qırmızı işıqda keçən sürücü qəza törədib
Gəncədə yol qəzası baş verib. Gununsesi.info xəbər verir ki, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini 23 yaşlı Səfər Camalovun idarə etdiyi minik avtomobili 37 yaşlı Səbuhi Hüseynovun idarə etdiyi nəqliyyat vasitəs toqquşub. Qəza zamanı Səfər Camalov xəsarət alaraq Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Digər sürücü Səbuhi Hüseynov və onun həyat yoldaşı Cəhanə Hüseynova isə yüngül bədən xəsarətləri alaraq özəl xəstəxanalardan birinə aparılıb. Ər və xanımının vəziyyətlərinin normal olduğu bildirilir. İlkin məlumatlara gör,ə qəzaya səbəb sürücü Səfər Camalovun işıqforun qırmızı işığında hərəkət etməsi olub.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.