Yolu qırmızı işıqda keçməsi 3 nəfərin yaralanmasına səbəb oldu - Eksklüziv (FOTOLAR)

  • By admin
  • 23 İyun 2016 14:49

 qeza car crash

 

Yolu qırmızı işıqda keçən sürücü qəza törədib

Gəncədə yol qəzası baş verib. Gununsesi.info xəbər verir ki, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini 23 yaşlı Səfər Camalovun idarə etdiyi minik avtomobili 37 yaşlı Səbuhi Hüseynovun idarə etdiyi nəqliyyat vasitəs toqquşub. Qəza zamanı Səfər Camalov xəsarət alaraq Gəncə şəhər təcili tibbi yardım  xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Digər sürücü Səbuhi Hüseynov və onun həyat yoldaşı Cəhanə Hüseynova isə yüngül bədən xəsarətləri alaraq özəl xəstəxanalardan birinə aparılıb. Ər və xanımının vəziyyətlərinin normal olduğu bildirilir. İlkin məlumatlara gör,ə qəzaya səbəb sürücü Səfər Camalovun işıqforun qırmızı işığında hərəkət etməsi olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

81c5d0a5-567c-48c7-abd7-0a083a8aebeb

 

730ece99-ceaa-4719-a62a-cad91fd3320b

 

c80c8d3f-6aa9-4b77-801a-cea83040e485

 

a1a05d24-136a-4bdf-916a-acfadf39b2a6

 

4a9d2f8e-2a06-48a5-9af0-c89fa5da3ec7