Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusa yoluxanların sayının kəskin şəkildə artdığını bildirib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə brifinq zamanı məlumat verib.
ÜST rəhbərinin sözlərinə görə, son iki həftə ərzində COVID-19-a yoluxma halları təxminən 30 faiz artıb.
O qeyd edib ki, bu, koronavirus infeksiyasının “omikron” ştammının mövcud altnövlərinin yayılması ilə bağlıdır.
Gununsesi.info