Yoluxma azaldı, ölüm sayı artdı – Günün statistikası

  • By admin
  • 29 İyul 2021 17:57

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 342548 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332574 nəfər müalicə olunaraq sağalıb, 5019 nəfər vəfat edib, aktiv xəstə sayı 4955 nəfərdir.

Ölkədə son sutka ərzində 11423, hazırkı dövrədək isə 4014073 test aparılıb.

Gununsesi.info