Yoluxmusunuzsa, heç nə etməyin! – Koronavirus haqqında VACİB NÜANSLAR

  • By admin
  • 30 Sentyabr 2021 11:52

Əgər COVIDd-19 PCR testiniz müsbətdirsə (pozitiv), fəqət heç bir şikayətiniz yoxdursa, heç bir müayinə və müalicəyə ehtiyac yoxdur. Nə KT, nə rentgen, nə 30-40 adda qan analizi, nə dərman, nə sistem, heç biri lazım deyil!

Gununsesi.info xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev deyib.

Həkim COVID-19-la bağlı vacib nüansları sadalayıb:

COVID-19 testi pozitivdirsə, yüngül və orta ağır şikayətləriniz varsa, hətta O2 saturasiyası lap 85-ə düşübsə belə, o saat KT-yə qaçmayın! Saturasiyanı qaldırmaq üçün müvafiq ambulator və ya stasionar müalicə üçün müraciət edin.

COVID-19 xəstəsilə təmasda olmusuz lakin, test neqativdirsə və heç bir şikayət yoxdursa, yenə də təşvişə düşüb heç bir müayinə və müalicə etməyin!

Test neqativdirsə, amma şikayət varsa, qanda COVID-19 İgM-i yoxlatdırın, o da mənfidirsə və O2 saturasiyası aşağıdırsa o halda diaqnoz qoymaq üçün KT müayinəsi lazım ola bilər.

Son günlər yoluxub, lakin xəstəliyi yüngül keçirən, O2 saturasiyası hətta 97-98 olan bir neçə tanışımın lazım olmadığı halda, mənasız yerə KT müayinəsinə gedərək ağciyərlərində 20-30% “buzlu şüşə mənzərəsi” var sözünü eşidəndən sonra dəhşət təşvişə düşərək isterik-panik boğulmaya məruz qaldığını gördüm! Onları qəşəngcə “danlayandan” sonra özlərinə gəldilər.

Canınıza yazığınız gəlsin! Lazım olmadığı halda gedib canınıza və cibinizə ziyan vurmayın! Qorxaq olmayın! COVID və digər xəstəlikləri olduğu halda döyüşərək Şəhid və Qazi olan qardaşlarımızdan ibrət alın!

Gununsesi.info