Yonca yarıçılpaq fotolarını paylaşdı - FOTO

  • By admin
  • 16 Sentyabr 2019 17:58

“Bu gün mənim doğum günümdür. 56 yaşıma salam olsun. Rəqəmlərlə heç vaxt işim olmayıb. Ruhumu gənc tutduğumu və içimdəki uşağı heç vaxt itirmədiyimi bilirəm”. 

Gununsesi.org  xəbər verir ki, bu sözləri Türkiyənin əfsanəvi pop ifaçısı Yonca Evcimik instaqramda yazıb. O, rəsmi hesabında yarıçılpaq fotolarını paylaşaraq 56 yaşını qeyd etdiyini, ruhunun gənc olduğunu bildirib:

“Mənə ən çox verilən sual belədir: “Necə olur ki, belə enerjili və gənc qalırsan?”. Xarici görünüş üçün hər cür nemətdən yararlanmaq mümkündür. Amma insanın ruhunu gənc tutmaq üçün heç bir tibbi müdaxilə şansı yoxdur. Mən və içimdəki böyüməyən uşaq hər zaman gənc və enerjili qalmağa davam edəcəyəm. Performans daha yeni başlayır”.