Yoqa ilə məşğul olub çörək sexini qarət etdi – VİDEO

  • By admin
  • 22 Mart 2024 17:04

Avstraliyada dayanacaqda yoqa ilə məşğul olan qadın çörək sexini qarət edib.

Gununsesi.info lent.az-a istinadən bildirir ki, cinayətkar çörək sexinin düz qarşısında mürəkkəb yoqa məşqləri edərək qeyri-adi ilkin hazırlıq nümayiş etdirib. Onun bu hərəkətləri təhlükəsizlik kamerasına düşüb. O, saat 3 radələrində müəssisəyə daxil olaraq, bir neçə kruasan və digər əşyalar oğurlayıb.

Videonu sosial şəbəkələrdə paylaşan çörək zavodu işçiləri hadisəni yumorla təsvir edərək, cinayətkarın oğurluqdan əvvəl dayanacaqda yoqa ilə məşğul olmasını qeyd ediblər.

Gununsesi.info