“Yorulmuşam…” – Nəcməddin Sadıkovdan araşdırma xəbərləri ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb.

Onlarla bağlı istintaq orqanında araşdırma aparılır.

Gununsesi.info xəbər verir ki, Nəcməddin Sadıkov məsələsi ilə bağlı “Unikal”a açıqlama verib:

“Mən bu məsələlərlə bağlı danışmaq istəmirəm. Çünki buna vaxtım və həvəsim yoxdur. Ümumiyyətlə, bu məsələlər niyə sizi narahat edir ki?

Xahiş edirəm, məni bunlara görə narahat etməyin. Mən artıq belə məsələlərə görə yorulmuşam”, – deyə o qeyd edib.

 

Gununsesi.info