Dünəndən etibarən sosial şəbəkələrdə gənc fəal Emin Aslanovun yoxa çıxmasına dair xəbərlər yayılıb. Bildirilir ki, Amerikada təhsil alıb, Bakıya qayıdan gənc fəal mülki geyimli şəxslər tərəfindən aparılıb.
Gununsesi.info-nun xəbərinə görə, bu gün Emin Aslanovla bağlı yeni xəbər yayılıb. Belə ki, gənc fəalın bu dəqiqələrdə Nərimanov məhkəməsinə aparıldığı və ona 30 sutka inzibati cəza verildiyi bəlli olub. Amma bu cəzanın səbəbi bildirilmir.
Vəkil Elçın Sadıqov saytımıza açıqlamasında məsələ ilə maraqlandığını deyib.
Gununsesi.info