YPG-nin bu silahı türk ordusunu şok etdi - FOTO

  • By admin
  • 09 Avqust 2017 12:06

05

PKK Terror Təşkilatının Suriya qolu olan YPG silahlılarının Azez şəhərində Azad Suriya Ordusunun (ASO) mövqeyinə edirdiyi raket zərbəsi zamanı çəkilən fotoşəkil türk ordusunda şok effekti yaradıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, fotoşəkildə YPG silahlıları Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) mövqeyini Rusiya istehsalı olan tank əleyhinə raket sistemi ilə vurur.

Belə ki, təhlükəsizlik mütəxəssisi Abdullah Ağar bildirib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) tank əleyhinə raket sistemlərini Rusiyadan satın alaraq YPG-ə hədiyyə edir.

A.Ağar fotoşəkildə sözügedən silahın Rusiya istehsalı olan 9M113 “Kornet” və ya ABŞ istehsalı “TOW” tank əleyhinə raket sisteminə bənzədiyini deyib: “Hazırda Amerika Birləşmiş Ştatları YPG ən müsair silahlar təmin edir. Burada əsas problem silahların növü deyil, problem YPG-nin bu silahlara sahib olmasıdır”.

Anar

Gununsesi.info