“Yuğ” teatrının iki aktyoru işdən çıxarıldı

“Yuğ” teatrının iki aktyoru işdən çıxarıldı

Dövlət “Yuğ” teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar.
Gununsesi.info xəbər verir ki, bunu apa-ya açıqlamasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə deyib.
O bildirib ki, hər iki aktyor teatrdan öz ərizələri əsasında uzaqlaşıb: “Onlar teatrın tamaşalarında və prosesdə iştirak edə bilmirlər. Hikmət Rəhimov və Rasim Cəfərin başqa işləri var, onlar teatrda qalmağı uyğun bilməyiblər. Səbəb yalnız budur”.
Gununsesi.info

 

COMMENTS