Yük avtomobili ilə mikroavtobus toqquşub:  ölənlər var

  • Müəllif: admin
  • 02 İyul 2018 14:00

Nazirlik Yevlaxdakı dəhşətli qəza ilə bağlı MƏLUMAT YAYDI: 3 nəfər ölmüşdü

İyunun 30-da Yevlax rayonu ərazisində “Hovo” markalı yük avtomobili ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Gununsesi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət  Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.