Yük avtomobili sürücülərinin yolu bağlamasına görə cinayət işi açılıb

  • By admin
  • 17 Fevral 2022 19:14

Bu gün səhər saatlarında yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.

“Hazırda istintaq tərəfindən məsələdə əli olanların dairəsi müəyyənləşdirilir”, – Araz Əsgərli qeyd edib.

 

 

Gununsesi.info