Yük avtomobilində zərgərlik məmulatları aşkarlandı

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili saxlanılıb.

Gununsesi.info-nun komitəyə istinadən verdiyi məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, 585 əyarlı qızıldan hazırlanan, ümumi çəkisi 222 qram olan zərgərlik məmulatları – 3 ədəd sancaq, 6 ədəd klon, 7 ədəd üzük, 15 cüt sırğa, 7 ədəd boyunbağı və 26 ədəd qolbaq aşkarlanıb.

HTML tutorial

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info