Yük daşınması azalıb

  • By admin
  • 16 Noyabr 2016 21:22

104960

 

Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-oktyabr aylarında 182,6 mln. ton yük və 1577,7 mln. sərnişin daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8% azalıb, sərnişin daşınması isə 1,9% artıb.

Gununsesi.info-nun Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Yüklərin 63,6%-i avtomobil, 26,9%-i boru kəməri, 6,9%-i dəmir yolu, 2,5%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 88,5%-i avtomobil, 11,2%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

 

Gununsesi.info