
Çinin Quanqçou şəhərində İnci çayı üzərindəki Lişinşa körpüsünün orta hissəsi yük gəmisinin daşıyıcı sütunlara çırpılması nəticəsində uçub. İlkin məlumatlara görə, iki nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, Çinin dövlət mediasının məlumatına görə, gəmi Çinin Quançou şəhəri yaxınlığındakı Pearl (İnci) çayı deltasında körpüyə çırpılıb. Zərbənin təsirindən körpünün bir hissəsi dağılıb, avtomobillər suya düşüb.
“Reuters” xəbərinə görə, Quançou Dəniz Təhlükəsizliyi İdarəsi WeChat sosial media hesabından yaydığı açıqlamada gəminin Foşan şəhərindən Quançounun cənub bölgəsinə gedərkən körpüyə çırpıldığını bildirib.
Ölkə mətbuatında yer alan xəbərə görə, qəza zamanı bir sərnişin avtobusu və bir motosiklet də daxil olmaqla beş nəqliyyat vasitəsindən üçü suya, ikisi körpünün sütunları arasında ilişib qalmış gəminin üzərinə düşüb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, gəminin kapitanı saxlanılıb.
Araşdırmaların hələ də davam etdiyi bildirilib.
Gununsesi.info