Yük maşını 14 yaşlı məktəblini vurdu - BAKIDA

  • By admin
  • 12 Yanvar 2017 16:04

piyade

Bakıda yük maşını 14 yaşlı məktəblini vurub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan Bağlar massivində qeydə alınıb. “KamAZ” markalı yük maşını Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Şükürlü Fatimə Sakit qızını vurub. Nəticədə F. Şükürlü ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info