Yük maşını piyadanı vurub öldürdü

  • By admin
  • 16 Mart 2024 09:00

Hacıqabulda yük avtomobili piyadanı vurub. Hadisə Bakı-Qazax magistralının rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, Türkiyə vətəndaşının idarə etdiyi beynəlxalq yükdaşımaları həyata keçirən (TIR) yük avtomobili yolu keçən piyadanı vurub.

Piyada hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib, şəxsiyyətinin kimliyi hələ dəqiqləşdirilməyib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info