
Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun xəbərinə görə, hadisə Gərmətük kəndi ərazisində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil arxadan “KamAZ” markalı yük maşınına çırpılıb.
Minik maşınının sürücüsü və avtomobildə olan sərnişin, 1962-ci il təvəllüdlü İzətulla Əziz oğlu Qulamov müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info