Yüksək sürətli yolların təmizlənməsi ilə bağlı- TƏKLİF

Yüksək sürətli yolların təmizlənməsi ilə bağlı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ötən il paytaxt ərazisindəki yolların təmizlənməsi, süpürülməsi zamanı xüsusi texnikalardan istifadə edilməsi ilə bağlı təklif verib.

Gununsesi.info xəbər verir ki, bunu kommunal təsərrüfat işçilərinə geyimlərin paylanılması tədbirində çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkili şöbəsinin rəisi, polkovnik-leytenant Eyvaz Şahverdiyev deyib.

Bildirib ki, söhbət yüksək sürət tətbiq olunan yolların təmizlənməsindən gedir:

“Son vaxtlar süpürgəçi qadınların avtomobillərlə vurulması halları yüksək sürətli yollarda baş verir. Təklif etmişik ki, həmin yolların süpürülməsini, təmizlənməsini xüsusi texnikalar vasitəsilə həyata keçirsinlər. Bununla həm qəzaların qarşısı alınmış olar, həm də kommunal təsərrüfat işçilərinin təhlükəsizliyi təmin edilər”.

Gununsesi.info

COMMENTS