Amerikada həyəcan verildi: Yüksək hündürlükdəki Çinin casus balonları ölkəni hərəkətə keçirdi

  • By admin
  • 03 Fevral 2023 14:19

Amerikanın Müdafiə Nazirliyi Çinə aid yüksək hündürlüklü kəşfiyyat balonunun Amerikanın üzərində uçuş etdiyini açıqladı. Xəbərlər casus balonunun nə işə yaradığı kimi sualları da gündəmə gətirdi.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Pentaqonun verdiyi açıqlamada Amerikan ordusunun balonu təqib etdiyi bildirildi.

Çinin Amerika səfirinin XİN-ə çağırıldığı vurğulanır. Amerikalı yetkililər səfirin dəvət edilməsinin səbəbi kimi, “xarici kəşfiyyat toplamağa qarşı qoruma” üçün addımlar atdıqlarını söyləyirlər.

Ancaq açıq olan burasıdır ki, Çinli casuslar niyə peyk yerinə, bilgi toplamaq üçün balonları işlədirlər?!

 

Balon niyə düşürülmür? 

Amerikalı hırbi rəsmilər Çinin belə bir balonunun Amerikanın üzərində ilk dəfə görülmədiyini bildirirlər.

“PBS Newshour” yazır ki, Amerikan ordusu balonun yerdəki hansısa bir eniş riskini almaq istəmədikləri üçün endirmədiklərini vurğulayır.

Pentaqon “Balon təsbit edildikdən sonra Amerikan hökuməti bilgilərin toplanmasının qarşısını almaq üçün dərhal hərəkətə keçdi”, açıqlamasını verdi.

Məlumat üçün bildirək ki, yüksək hündürlüklü casus balonları keçmiş fikir və yeni tətbiqatdır.

Casuslar artıq peyk istifadə etmirmi?

Balonları casus platforması olaraq işlətmək Soyuq Savaşın ilk günlərinə qədər gedib-çıxır.

Avstraliyadakı Qriffit Asiya Sənayesi və keçmiş Avstraliya Kral Hava Qüvvələri işçisi Peter Layton o zamandan bəri Amerikanın düşmənlərini izləmək üçün bunlardan yüzlərləsini işlətdiyini söyləyir.

Ancaq kosmosdan uçuş və kəşfiyyat data bilgilərinin toplanmasını təmin edən çağdaş texnologiyanın ortaya çıxışı ilə müşahidə etmə balonlarının dəbi keçmişdə qalmışdı. Ən azından, indiyədək. Layton “Balon yükləri artıq daha yüngül ola bilər və bu səbəblə balonlar daha kiçik, daha ucuz və fırladılması daha asan ola bilər”, deyir.

American Enterprise İnstitute Hind-Sakit müdafiə politikası eksperti Bleyk Herzinqer yavaş sürətinə baxmayaraq, balonları təsbit etmənin hər zamana san olmadığını söyləyir.

Herzinqer bunları vurğulayır: “Balonları ənənəvi müşahidə etmə texnologiyası ilə təsbit etmək çətin ola bilər. Balonlar peyklərin edə bilmədiyi bəzi şeyləri edə bilər. Balonların bir üstünlüyü də, küləkdən faydalanmaq üçün kompüterlərlə idarə edilə bilmələri və bəlli bir dərəcəyə qədər çıxa bilmələridir”.

 

 

Nəyi müşahidə edə bilər?

Laytonun fikrincə, şübhəli Çin balonu olası Amerikan rabitə sistemləri və radarları haqqında bilgi toplayır.

“Bu sistemlərdən bəziləri qısa mənzilli atmosfer tərəfindən sovrula bilən və görüş bucağı çox yönlü olan, son dərəcə yüksək tezlikləri istifadə edir. Belə özəl bir texnik toplama üçün bir balonun peykdən daha yaxşı bir toplama platformasının olması mümkün deyil”.

CNN analitiki olan təqaüdçü Amerikan Hava Qüvvələrinin keçmiş işçisi Sedrik Leqton da düşüncələrini bu cür açıqlayır:

“Siqnal kəşfiyyatını toplaya bilər. Başqa bir deyimlə, cip telefonu trafikamıza, radio trafikamıza baxa bilər”.

O, balon tərəfindən toplanan kəşfiyyat bilgilərinin bir peyk bağlantısı üzərindən gerçək zamanlı olaraq Çinə ötürülə biləcəyini deyir.

Analitiklər, ayrıca Montana və yaxın bölgələrin Amerikanın qitələrarası ballistik raket siloslarına və strateji bombardıman bazalarına ev sahibliyi etdiyini bildirirlər.

Amerikalı yetkililər balonun hansısa bir həssas bilgini toplamağı əngəlləmək üçün hərəkətə keçirilmiş ola biləcəyini də istisna etmirlər.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info