Yüksək rütbəli bir qrup şəxs Paşinyanı hədələdilər

  • By admin
  • 17 Dekabr 2020 21:27

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş yüksək rütbəli bir qrup şəxsi bəyanat yayıblar.

Bu barədə Ermənistan mediası məluat yayıb. Bildirilir ki,  ölkəni düşdüyü böhran vəziyyətindən çıxarmaq üçün hakimiyyət dəyişikliyinin vacibdir.

Sabiq istefa vermiş general və polkovniklər tərəfindən imzalanmış bəyanatda Ermənistan ordusundakı mənəvi və psixoloji mühitdən, Azərbaycanla sərhəd problemlərini həll edə bilməməsindən, Qarabağda Azərbaycan Silahlı Qüvvələri ilə vaxtaşırı toqquşmalardan, dövlət orqanlarının qeyri-mütəşəkkilliyindən və fəaliyyətsizliyindən, müxalif fikirli insanlara təzyiq cəhdlərindən bəhs olunur.

Bəyanat müəllifləri təhlükəsizlik qurumlarını daxili siyasi müzakirələrə cəlb etmək cəhdlərini, diplomatiyanın passivliyini, təşəbbüskar olmamağı və bütün məsuliyyəti Rusiya rəhbərliyinə vermək səylərini pisləyir. Bütün bunların nəticəsi olaraq ölkənin təhlükəsizlik sisteminin son dərəcə zəiflədiyini qeyd edir. Onların sözlərinə görə, əgər hakimiyyətdə dəyişiklik baş verməzsə, Ermənistanı acınacaqlı son gözləyir. Sabiq yüksək rütbəli şəxslər Paşinyana mesaj göndəriblər ki, əgər onların çağırışına cavab gəlməsə, Qarabağda müharibənin uduzulma səbəbləri ilə bağlı araşdırma qrupu yaradacaqlar.

 

Gununsesi.info