“Yulğun kolları “Qırmızı kitab”dakı bitki növləri ilə səhv salınır” Direktor

  • By admin
  • 12 Aprel 2021 22:14

“Azərbaycanda yayılmış bəzi bitki növlərinin təsnifatı və xarakteristikasında yanlış şərhlərə yol verildiyindən, konkret fikir bildirmək üçün  mütəxəssis rəylərinə diqqət yetirilməlidir. Ölkəmizdə yeddi növünə rast gəlinən yulğun bitkisi, əsasən, düzənlik və dağətəyi ərazilərdə, yarımsəhra  və bozqır tipli çəmənliklərdə, çaysahili Tuqay meşəliklərində yayılıb və bu yeddi növdən heç biri Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilməyib”.

Gununsesi.info xəbər verir ki,  bu barədə Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev bildirib.

Onun sözlərinə görə, yulğun kolları əksər hallarda Azərbaycan Respublikasının “Qırmızı kitab”ına salınmış Cuzqun cinsinə aid bitki növləri ilə səhv salınır, mütəxəssis olmayan şəxslər bitkilərin ümumi görünüşlərinin oxşar olması səbəbindən “Qırmızı Kitab”da təmsil olunan Cuzqun (Callygonum L.) cinsinə aid növlərlə (C.bakuense və C. aphyllum) səhv salırlar ki, bu cins və növlər də tamamilə başqa bir fəsiləyə – Qırxbuğumkimilər (Polygonaceae Juss.) fəsiləsinə aiddir.

Gununsesi.info