Yuliya Navalnaya dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edilib

Time jurnalı 2024-cü ilin ən nüfuzlu 100 adamının adını açıqlayıb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, siyahıda siyasətçi Aleksey Navalnının dul arvadı Yuliya Navalnayanı da “liderlər” sırasındadır.

 

ABŞ-ın vitse-prezidenti Kamala Harris jurnal üçün Navalnaya ilə bağlı yazdığı mətndə onun “müstəsna fədakarlığını və gücünü” qeyd edib.

 

O, Yuliya Navalnayanın Münhen Təhlükəsizlik Konfransında cəsarətli çıxışından və Rusiya hökumətinin yalanlarını, qəddarlığını pislədiyinə də toxunub.

 

“Dünyadakı insanların xeyrinə Yuliya indi dünya səhnəsində lider rolunu öz üzərinə götürüb”– deyə o əlavə edib.

 

Onun sözlərinə Navalnaya ərinin işini davam etdirmək niyyətindədir və “ədalət və qanuna riayət” uğrunda mübarizə aparmağa hazırdır.

 

Qeyd edək ki, Navalnayanın daxil olduğu ən nüfuzlu adamları siyahısında Polşanın baş naziri Donald Tusk, iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi, Tayvanın vitse-prezidenti Uilyam Lai, Argentina prezidenti Xavyer Miley və digər siyasi xadimlər də var.

 

 

 

 

Şəbnəm

Gununsesi.info