“Yumşaldılmalara getdikcə, Azərbaycanda yoluxma artır” – Prezidentin köməkçisi

  • By admin
  • 19 Mart 2021 16:13

“Artıq bir ildən çoxdur dünyanı bürümüş COVID-19 pandemiyasını yaşayırıq. Hazırda virus dünya ölkələrində dalğavari şəkildə davam edir. Yumşaldılmalara getdikcə Azərbaycanda da yoluxma artır”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Ş.Mövsümov artımı yumşalmlarla əlaqələndirib: “Açılmalar olduqca, insanların hərəkətliliyi artdıqca yoluxmanın artımı gözlənilən idi”.

Gununsesi.info