
Yumurtanın qiymətində artım müşahidə olunur.
Gununsesi.info “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, son günlərdə paytaxt ərazisində bu məhsulun qiyməti 2-3 qəpik artıb.
Satıcıların sözlərinə görə, qiymətin artması mövsümi xarakter daşıyır. Onların bəziləri bu artımı bayram ərəfəsi olması ilə əlaqələndirir:
Qeyd edək ki, bu aydan etibarən Azərbaycandan Rusiyaya yumurta ixracına başlanılıb. Dekabarın 19-da 36 ton (612 min ədəd) , dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub, dekabrın 24-də isə 18 ton (306 min ədəd) yumurta ixrac olunub.