Uşaqlara “Kinder Joy” alarkən ehtiyatlı olun! - VALİDEYİNLƏRİN NƏZƏRİNƏ

  • By admin
  • 15 Fevral 2017 16:51

yumurta

«Kinder Joy” şokoladlı yumurtalardan körpələriniz zəhərlənə bilər».

Gununsesi.info xəbər verir ki, belə bir həyəcan təbili ilə Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov çıxış edib.

E.Hüseynovun sözlərinə görə,  “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) bununla bağlı ərizə ilə müraciət olunub: “3 gündür bu şikayət Azad İstehlakçılar İctimai Birliyən daxil olub. Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən “Hengen” şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür”.

Məktubda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təbriz küçəsi 6, mən 6 ünvanında yaşayan Babayev Xəyyam Əmrulla bildirir ki, 11.02.2017 tarixdə Xətai metrosu yaxınlığında yerləşən “Metro market” dükanından uşaq üçün “Kinder joy” şokoladlı yumurta alinib. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı skoçla örtüldüyünü görüblər və “skoçu” qaldıranda altdan 04.03.16 və 15.09.16 tarixini görünüb. Yəni məhsulun yararlılıq tarixi artıq 16-cı ildə bitibmiş.

“Mən kassa çeki olması üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib yenə eyni maldan aldım. Həmin mallar da eyni idi və kassa çekinin üzərində VÖEN yoxdur. Düşünürəm ki, bu kimi vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər, necə ki, mənim uşağım zəhərləndi və çətinliklə onu xilas etdik, çünki uşaq “kinder”in birini yemişdi”- deyə şikayətçi bildirir.

E.Hüseynovin fikrincə bu fakt ölkə prezidentinin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılmasına dair fərman vaxtında verilmiş və zəruri bir sənəd olduğunu sübut edir.

Vüsalə Rüstəmova

 

Gununsesi.info