
İnsanların əksəriyyəti yumurtaları soyuducunun qapısında xüsusi nəzərdə tutulmuş hissədə saxlayır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yumurtanı orada saxlamaq zərərlidir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə alimləri bu istiqamətdə araşdırma aparıblar.
Araşdırmalara görə, soyuducunun qapısı ən isti yerdir. Qapı tez-tez açıldığı zaman temperatur da sürətlə dəyişilir. Bütün bunlar yumurtanın daha tez xarab olmasına səbəb olur.
Bundan əlavə soyuducunun qapısının açılması zamanı yumurta daim silkələnir ki, bu da onun keyfiyyətinə və dadına mənfi təsir edir.
Alimlər yumurtanı soyuducunun orta rəfində, kəskin iyi olan məhsullardan uzaqda saxlamağı məsləhət görürlər.
Gununsesi.info