Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları Qərbə getmək istəyən miqrantların gəmisini batırmağa cəhd edib.
Gununsesiaz.info TRT-yə istinadən xəbər verir ki, hadisə Türkiyənin Yunanıstanla su sərhədində – Bodrum rayonunun yaxınlığında baş verib.
Hərbçilər qayığa qarşı təhlükəli manevrlər edib, atəş açıb və uzun zopa ilə onu batırmağa çalışıblar.
Qaçqınları faciədən Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları qurtarıblar.
Gununsesiaz.info