Yunan Kiprinin rəsmiləri Xankəndinə qanunsuz səfər edib

  • By admin
  • 27 Sentyabr 2019 19:22

Kipr Respublikasının nümayəndə heyəti qanunsuz olaraq Azərbaycan ərazilərinə səfər ediblər.

Gununsesi.org erməni mediasına istinadən xəbər verir ki, yunan Kiprinin nümayəndə heyəti 26 sentyabrda Xankəndində, Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb. Nümayəndə heyətinə mer Andreas Papaxaralampus başçılıq edib.

Məlumatda deyilir ki, görüşdə “ikitərəfli münasibətlər” və digər məsələlər müzakirə olunub. B.Saakyan deyib ki, Kipr Dağlıq Qarabağ “xarici siyasətində” mühüm rol oynayır və bu ölkə ilə əməkdaşlığın genişləndirilməsini istəyirlər.

Yəqin ki, tezliklə rəsmi Bakı Kipr rəsmilərinin Xankəndi separatçıları ilə əməkdaşlığına reaksiya verəcək.

 

 

Gununsesi.org