Yunanıstan Meteorologiya İdarəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumatları əsasında təhlil aparıb.
Gununsesi.info xəbər verir ki, təhlillərə əsasən, Yunanıstanda 2023-2024-cü illərin qışı indiyə qədər müşahidə edilən ən yüksək temperaturun qeydə alındığı qış olub.
2023-cü ilin dekabr, 2024-cü ilin yanvar və fevral aylarında ölkə ərazisində havanın temperaturu mövsümi normadan yüksək olub.
Yunanıstanın son 10 ildə rekorda çatan ən isti 6 qışının yaşandığı vurğulanıb.
Yunanıstanda qışda temperatur 1960-cı ildən bəri 1,8 dərəcə artaraq 11 dərəcəni keçib.
Gununsesi.info