Yunanıstan ABŞ-ın Rusiya tələbindən imtina etdi

  • By admin
  • 26 Noyabr 2016 17:30

unanistan-bayraq

 

Rusiya gəmilərinin limanlarımıza yan almasını və vacib vasitələrlə təmin edilməsini qadağan etmək niyyətində deyilik.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı “RİA-Novosti” agentliyi özünün Yunanıstan Müdafiə Nazirliyindəki etibarlı mənbəsinə istinadən yayıb. Mənbə Afinanın bu məsələdə heç bir təzyiqə boyun əyməyəcəyini bildirib:

“Afinada hesab edirlər ki, Rusiya Yunanıstanın düşməni yox, müttəfiqidir. Yunanıstanın yeganə düşməni İŞİD-dir”.

Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Barak Obamanın Yunanıstana səfəri zamanı rəsmi Afinadan öz limanlarını Rusiya Hərbi Dəniz Qüvvələrinin üzünə bağlamağını tələb etməsi haqqında informasiya yayıb.

 

Gununsesi.info