
Yunanıstan Ukrayna üçün Çexiyaya 150 milyon avro dəyərində vaxtı keçmiş döyüş sursatı satmaq niyyətindədir və bunun üçün parlamentin müvafiq komitəsinin təsdiqi tələb olunur.
Gununsesi.info xəbər verir ki, bu barədə Yunanıstanın “ieidiseis.gr” informasiya portalı məlumat yayıb.
Belə ki, hökumət Çexiya vasitəsilə Ukraynaya külli miqdarda sursat göndərməyə hazırlaşır və parlamentin müvafiq komitəsindən razılıq istəyir.
“Bu sursatlar Yunanıstan ordusunun ehtiyatlarından gəlir və Yunanıstan Silahlı Qüvvələri tərəfindən qeyri-funksional və istifadəyə yararsız kimi təsvir edilir, onlar Çexiyaya 150 milyon avroya satılacaq, sanki Çexiya müharibədə şəraitindədir!”, – nəşr yazıb.
Hərbçilərin sözlərinə görə, satışa çıxarılan sursatlar arasında indiyədək təlimlərdə istifadə edilənlər də var.
Gununsesi.info