Yunanıstan Xarici İşlər Naziri Qiorqos Qerapetritis dəniz sərhədləri mövzusunda uzun müddət davam edən anlaşmazlığın həlli üçün Türkiyə ilə görüşlərə başlamağa hazır olduqlarını söyləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yeni təyin edilən nazir Qerapetritis açıq dənizlərdə neft və qaz axtarmaq haqqı daxil olmaqla, hər iki ölkənin münhasir iqtisadi haqlara sahib olduğu sahələrin bəlli edilməsi mövzusunda bir anlaşma etmək üçün davam edən müsbət iqlimdən yararlanmaq istədiyini açıqlayıb.
Qiorqos Qerapetritis Cənubi Kipr rəhbərliyi ilə görüşündən sonra bu açıqlamanı səsləndirib:
“Geriyə qalan tək şey Türkiyənin səmimi bir şəkildə yaxınlaşma yolunu açmaq istəyib-istəmədiyini bəlli etməkdir. Ancaq bu, Yunanıstanın qırmızı cizgilərindən, ya da milli öncəliklərindən geri addım atacağı demək deyil”.
Qiorqos Qerapetritis öz milli prioritetlərinin başında Kiprin BMT qərarları yönündə roman və türk dilində danışan bölümlərindən yaradılan bir federasiya oalraq yenidən birləşdirilməsi üçün bir anlaşma olduğunu söyləyib.
Tərcümə: Arzu