Yunanıstan dövlət televiziyasından TƏXRİBAT

  • By admin
  • 01 Dekabr 2023 14:53

Yunanıstanın dövlət kanalı ERT qalmaqallı təxribata cəhd edib.

Gununsesi.info xəbər verir ki, ötən axşam saat 18.00-da yayımlanan ERT 1 xəbər bülletenində Yunanıstan rənglərində fonda Türkiyənin Trakya bölgəsi göstərilib.

Qalmaqala reaksiyalar bir-birinin ardınca gəldiyindən kanal geri addım atmalı olub. Kanalın bu gün günorta saatlarında yayımlanan xəbərlərində arxa fonda səhv qrafikin yerinə sərhədlərin açıq şəkildə qırmızı rənglə göstərildiyi düzəldilmiş qrafik göstərilib.

Gununsesi.info