Yunanıstan parlamentində dava düşüb

  • By ilhame
  • 24 Aprel 2024 21:47

Yunanıstan parlamentinin deputatı Konstantinos Floros debat zamanı onu nalayiq sözlərlə təhqir edən sağçı Vasilis Qrammenosa yumruq atıb.

 

Gununsesi.info “Washington Post” a istinadən xəbər verir ki, polis Florosu saxlayıb. O, Cinayət Məcəlləsinin 157-ci maddəsi (siyasi orqana və ya hökumətə qarşı zorakılıq) əsasında həbs edilib.

 

Parlamentin sədri Konstantinos Tasulas bildirib ki, Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən, deputata qarşı zorakılıq edən şəxs 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Burada parlamentdaxili şəxslər üçün müəyyən güzəştdən söz gedə bilər.

Gununsesi.info