Yunanıstan qərarını dəyişdi - "FETÖ"-çüləri geri qaytarır

  • By admin
  • 06 Dekabr 2016 17:25

yunan-feto

Xəbər verildiyi kimi, Yunanıstan 15 iyul dövlət çevrilişində ittiham olunan 8 türkiyəli hərbçidən yalnız 3-ü barədə qərar qəbul edərək, əsgərləri Türkiyəyə geri qaytarmaqdan imtina etmişdi.

Gununsesi.info-nun “Türkiyə” qəzetinə istinadən xəbərinə görə, 15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstanın Dədəağac (Aleksandropolis) şəhərinə qaçan 8 türkiyəli hərbçidən 3-nün Türkiyəyə ekstradisiya etməkdən imtina edən Yunanıstan tez bir zamanda qərarını dəyişib. Belə ki, qiyamçı əsgərlər Türkiyəyə geri veriləcək.

Hazırda Yunanıstan daha 5 əsgər barədə öz qərarını elan etməyib.

Xatırladaq ki, ikisi mayor, biri kapitan, beşi isə əsgər olan qiyamçılar Yunanıstandan sığınacaq istəyiblər.

Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirmişdi ki, qiyamçıların Türkiyəyə təhvil verilməsi üçün nə lazımdırsa ediləcək.

Anar
Gununsesi.info